Yumurtalıq kistası

Yumurtalıq kistasıYumurta kistası əməliyyatı yumurtalıqlarda yaranan kist çox böyükdürsə ya da çox sürətli böyüyürsə, kistanın içində qatı kütlə varsa, bədxassəli ya da xərçəng riski daşıyırsa, ilk menstruasiyadan öncə ya da son adətdən sonra yaranıbsa və nəzarət etdikdən sonra eyni göstərici olarsa edilir.

Emeliyyati.az xəbər verir ki, bu səbəblər xaricindəki kistalar üçün ya da dərman müalicəsi kimi üsullar tətbiq edilir ya da mütəxəssis yönləndirməsiylə sadəcə nəzarətə alınır. Bir çox yumurtalıq kistası zərərli görülmədiyi üçün əməliyyatla alınmasına gərək qalmaz.

Yumurtalıq kistası əməliyyatı nədir?

Yumurtalıq kistası əməliyyatları yumurtalıqlardan bir ya da daha çox sayıdakı kistanın alınması üçün edilən əməliyyatlardır.

Kistaların çox böyük olması kimi nadir vəziyyətlərdə yumurtalığın tamamının çıxarılması gərəkli ola bilər. Yumurtalıq kistası əməliyyatı nədir sualı üçün 2 əməliyyat növündən bəhs etmək gərəklidir. 2 növ yumurtalıq kista əməliyyatı mövcuddur:

Açıq və qapalı.

Yumurtalıq kistası əməliyyatının uğurlu keçməsi üçün öncəki hazırlıqlar düzgün qurulmalıdır. Bir çox riski minimuma endirilməlidir. Yumurtalıq kistası əməliyyatının öncəsində ediləcəklər mərhələli olaraq bel sıralana bilər:

Xəstənin ümumi sağlamlıq vəziyyəti araşdırılır. Ağ qan hüceyəsi sayısı, qan şəkəri testi, qan qrupu dəqiqləşdirmə və s . kimi mövzular üzrə testlər edilir.

Mütəmadi dərman istifadəsi varsa necə bir yol izləyəcəyinizə qərar verilir.

Anesteziya növlərinə qərar verilir.

Əməliyyatdan öncə gecədən başlayaraq yemə-içmə kəsilir.

Yumurtalıq kistası əməliyyatı necə edilir?

Açıq əməliyyat (Laparatomi): Alt qarın nahiyəsinə kəsik atılaraq yumurtalığa çatılır. Cərrahi kəsik ilə kista alınr və toxumalar lazer köməyi ilə yandırılaraq təmir edilir.

Son olaraq kəsiyə tikiş atılır. Xərçəngləşmə varsa ya da kista təhlükə varsa, uzmanlar bütün yumurtalığı da ala bilir.

Qapalı əməliyyat (Laparoskopik): Qarından kiçik dəliklər açılır və içkərinə cərrahi alətlər salınır. Qarın şişirilir və özəl mini kamera ilə qarın içi müşahidə edilir. Videodan sahə izlənilərək kista diaqnozu qoyula bilər və kista alma proseduru edilə bilər. Qapalı yumurtalıq kista əməliyyatı riskləri açıq əməliyyata görə daha azdır.

Yumurtalıq kistası əməliyyatından sonra nələrə diqqət etmək gərəklidir?

Əməliyyatdan sonra diqqətli olunması yumurtalıq kistası əməliyyatı riskləri yaşamamaq üçün çox dəstəkləyicidir.

Yumurtalıq kistası əməliyyatı sonrasında xüsusilə ilk bir neçə gün diqqətli olmaq gərəklidir.

Əməliyyatdan sonra xəstəxanada dincəlmə müddəti ortalma 1-2 gündür.

Ağrı və infeksiya riskinə qarşı dərman istifadə edilir.

Əməliyyatdan sonra öncə serumla qidalanma təmin edilir. Bağırsaq hərəkətləri normala dönüncə normal qidaya keçilir.

Bir neçə gün sonra normal həyata yavaş-yavaş dönüş başlayır. Həkimin söylədiyi müddət ərzində yara qulluğu edilir.

Yumurtalıq kistası əməliyyatından sonra nə edilməlidir?

Yumurtalıq kistası əməliyyatından 1-2 gün sonra xəstə xəstəxanadan buraxılır.

1-2 həftəlik sağalma müddəti vardır.

Sağalma müddətində xüsusilə əməliyyat nahiyəsi qorunmalı, artıq fiziki fəaliyyətlərdən uzaq durulmalıdır.

Qanaxma və infeksiya yaranarsa həkimə bildirilməlidir.
Yumurtalıq kistasıNəzarət axsadılmamalıdır.

Yumurtalıq kistası əməliyyatı neçə gündə sağalır?

Əməliyyatdan sonra sağalma müddəti qısadır. Xüsusilə qapalı əməliyyat sağalma müddətinin həm rahat və tez keçməsini təmin edir.
Bir neçə həftədə tam sağalma müşahidə edilir. Açıq əməliyyatda bu müddət bir az daha uzaya bilər. Daha sürətli sağalma üçün xəstənin düzgün qidalanması vacibdir.

Yumurtalıq kistası əməliyyatı neçə saat davam edər?

Ortalama 1 saat davam edər. Bu müddət dəyişə də bilər. Bu, kistaların böyüklüyünə, əməliyyatda edilləcək prosedurların növünə görə dəyişiklik göstərə bilər.

Yumurtalıq kistaları neçə sm-də təhlükəlidir?

8-10 sm-dən böyük kistalar təhlükəli olaraq dəyərləndirilir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 04 sentyabr 2024

Oxşar xəbərlər

Saç əkimi

Saç tökülməsi bir çox insanın ortaq problemidir. Saç tökülməsinin bir çox səbəbi ola bilər. xəbər verir ki, buna həyat tərzindən tutmuş, qidalanmağa qədər bir sıra faktor təsir edə bilər. Ən çox geniş yayılmış problemlərdə

Liposaksiya Bədən şəkilləndirmə əməliyyatı

Sürətli kökəlib-arıqlamaq, doğuşdan qalan dəri sallanmaları bədən şəkilləndirməni vacib hala gətirə bilər. Bədən şəkilləndirmə əməliyyatı zamanı bir neçə prosedurlar eyni zamanda edilə bilər. Vücud şəkilləndirmə zamanı hans

Çənə əməliyyatı

Çənə nahiyəsinin qidalanma, nitq, tənəffüs kimi çox vacib funksiyaları vardır. xəbər verir ki, çənədə deformasiyaya yol açan çox sayda xəstəlik və sindrom vardır. Çənə pozuntuları hər zaman üst və alt çənə, üz və baş il

Lazer göz əməliyyatı

Lazer göz əməliyyatları illər keçdikdə daha da müxtəlifliyini artıraraq göz pozğunluqlarının müalicəsində geniş istifadə edilir. Ancaq hər göz lazer üçün uyğun olmaya bilər. Lazer əməliyyatının növləri. Göz sağlamlığı ham

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Varikosel əməliyyatı qiyməti

Varikosel, testisləri tutan geniş dəri kisəsi olan skroktumdakı pampiniform pleksus damarlarının normal formada böyüməsi və şişməsidir. Bu topdamarlar, oksigeni bitmiş çirkli qanı uzaqlaşdırır. Qan testislərdən xaricə çıxarıl

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Açıq ürək əməliyyatı

Açıq ürək əməliyyatı, ürəklə bağlı yaranan bəzi xəstəliklərdə tətbiq olunan cərrahi prosedurdur. Hansı xəstəliklər zamanı açıq əməliyyat seçilir?. Ürək funksiyasında yaranan problemlər. Ürək çatışmazlığı, . Arteriya qırıqları,

Aşağı göz qapağı əməliyyatı, Blefaroplastika nədir?

Göz qapağı düşüklüyü nədir?. Bir insana qarşıdan baxıldığında göz bəbəyi üstdən 1-2 mm qapaqla örtülüdür. xəbər verir ki, əgər bu düşüklük artıqdırsa, kirpikli kənar göz bəbəyini 4-5 mm örtürsə, hətta ortadakı görmə əksin