Sinə böyütmə

Sinə böyütməSinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və dik məmələr əldə edə bilərlər. Süd vəzilərində zamanla, yaşla, hamiləliklə bağlı olaraq sallanmalar, həcm itkisi ola bilər. Bu da bədən görüntüsünə mənfi təsir göstərir. Qadınlarda özgüvən əksikliyi yarada bilər. Bundan əlavə, xərçəng kimi sağlamlıq problemlərinə görə məmələrini itirmiş qadınlar üçün də bu əməliyyat tətbiq edilir.

Sinə böyütmə əməliyyatı

Bu əməliyyat sinə əzələləri və məmə toxumalarının altına qoyulan implantlarla məməni daha dolğun və qaldırılmış göstərir. Əməliyyat plastik cərrah tərəfindən həyata keçirilir. Əməliyyat zamanı həm sinəyə həcm əlavə etmək, həm də lazım olduqda qaldırma əməliyyatı aparılır.
Sinə böyütməSinə böyütmə əməliyyatı hansı hallarda əhəmiyyətlidir?

Keçirilmiş uğursuz əməliyyat

Bir məmənin digərinə görə kiçik olması

Süd vəzisi ölçüsündə narazılıq

Süd vəzi qəfəsinin deformasiyası

Sinə böyütmə əməliyyatını kimlər etdirə bilər?

Şəxs buna özü qərar versə də həkim müayinəsi və göstərişi də bir o qədər əhəmiyyət kəsb edir. Bu zaman xəstənin bədən quruluşu, istəyi nəzərə alınır. Adətən 18 yaşdan yuxarı şəxslərə edilir.
Sinə böyütməSinə böyütmə əməliyyatı necə edilir?

Ən çox istifadə ediləni məmə protezi və ya silikon implantdır. Bu, əzələnin altına yerləşdirilir. Sinəni böyüdərək daha həcmli göstərir.

Bundan əlavə inyeksiya üsuludur ki bu zaman yağ vurularaq süd vəzi konturları bərpa edilir. Tətbiq edilən implant üsulu qalıcıdır, yalnız bu implantların keyfiyyətinə uyğun olaraq müəyyən aralıqlarla dəyişikliklər edilir. Doldurma üsulunda zamanla həll olunduğu üçün inyeksiya təkrarlanmalıdır.

Ümumi müayinə zamanı xəstəyə uyğun silikon protez növü seçilir.

Protezləri nahiyəyə yerləşdirmək üçün 4 ayrı kəsik sahəsi istifadə olunur:

Süd vəzisinin alt hissəsi

Qoltuqaltı

Süd vəzi ətrafı

Göbək nahiyəsi.
Sinə böyütməKəsik edilərkən süd kanallarının zədələnməməsinə diqqət yetirilir.

Silikon implantlar damcı və dairəvi olurlar. Bu da bədən quruluşuna görə təyin edilir.

Əməliyyat lokal anesteziya altında aparılır. Xəstə xəstəxanadan çıxdıqdan sonra 4 gün istirahət etməlidir. Xəstəxanadan sonra bir həftəyə yaxın istirahət tövsiyə edilir. Həmin nahiyədə ağrılar ola bilər ki, bu zaman ağrıkəsicilərdən istifadə edə bilərsiniz.

Qeyd edək ki, əməliyyatdan sonrakı ilk aylarda ağır işlər tövsiyə edilmir. Bununla yanaşı günəş şüalarından ehtiyyat edilməlidir. İlk 3 ayda simsiz və yumşaq toxumalı büstqalterlərdən istifadə edilməlidir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 28 avqust 2024

Oxşar xəbərlər

Liposaksiya Bədən şəkilləndirmə əməliyyatı

Sürətli kökəlib-arıqlamaq, doğuşdan qalan dəri sallanmaları bədən şəkilləndirməni vacib hala gətirə bilər. Bədən şəkilləndirmə əməliyyatı zamanı bir neçə prosedurlar eyni zamanda edilə bilər. Vücud şəkilləndirmə zamanı hans

Sünnət əməliyyatı

Sünnət, cinsi orqanda artıq dərinin cərrahi üsulla kəsib çıxarılmasıdır. Bu prosedur, gigiyena, sağlamlıq cəhətdən olduqca vacibdir. Bu cərrahi əməliyyat tibbi avadanlıqlarla, steril şəraitdə edilməlidir. Sünnət hansı yaşd

Yırtıq əməliyyatları

Yırtıq vücudun bir çox fərqli nahiyəsində ortaya çıxa biləcək narahatlıqdır. Bu səbəblə yırtıq əməliyyatı nədir sualına cavab verə bilmək üçün ilk olaraq yırtıq növlərini bilmək gərəklidir. xəbər verir ki, insan vücudunda

Üz gərmə əməliyyatı

Üz gərmə əməliyyatı bir çox qadınların maraqlandığı mövzudur. xəbər verir ki, üz gərmə qocalma əlamətlərini tərsinə çevirmək üçün tətbiq edilən cərrahi prosedurdur. Yaşla birlikdə gələn dəridəki genişləmə və qırışları azaldara

Yumurtalıq kistası

Yumurta kistası əməliyyatı yumurtalıqlarda yaranan kist çox böyükdürsə ya da çox sürətli böyüyürsə, kistanın içində qatı kütlə varsa, bədxassəli ya da xərçəng riski daşıyırsa, ilk menstruasiyadan öncə ya da son adətdən sonr

Beyin şişi əməliyyatı

Beyin şişi anormal beyin hüceyrələrinin kütləsi və ya çoxluğudur. Beyin şişləri sürətlə və ya əksinə çox yavaş böyüyə bilərlər. Xoşxassəli və bədxassəli olurlar. Bəzilərinə cərrahi əməliyyat göstəriş olsa da, bir qism şü

Flaak əməliyyatı, göz rəngi dəyişdirmə

Keratopigmentasiya nədir?. xəbər verir ki, estetik və ya terapötik məqsədlərlə kornea təbəqələri arasına piqment verilməsi yəni bir növ tato prosedurudur. Göz rəngi hansı məqsədlə dəyişdirilir?. Göz rəngini dəyişdirmə prosedur

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Bel yırtığı əməliyyatı

Bel və boyun yırtığı problemi geniş yaylan xəstəliklər içərisində yer alır. Hər bel və boyun yırtıqlarında seçim əməliyyat olmur. Əgər yırtıq böyükdürsə və müalicələr hansısa effekt vermirsə seçim olaraq əməliyyat qalır