Babasil əməliyyatı, Hemoroid

Babasil əməliyyatı, HemoroidXəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir.

Emeliyyati.az xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarla yanaşı xəstəliyin irəliləmədiyi vəziyyətlərdə evdə müalicə üsulları da təsirli olacaqdır.

Bəzi faktorların xəstəliyin ortaya çıxmasına səbəb olur:

Xroniki qəbizlik və ishal

Hamiləlik

İrəli yaş

İdmandan uzaq həyat tərzi

Həddindən çox spirtli içki qəbulu

Ədviyyatlı qidalardan istifadə

Genetika

Hemoroidin elametleri:

Qaşıntı

Ağrı

Nəcisdə qanın görülməsi

Anus ətrafında axıntı və nəmlilik

Anus ətrafının ağrılı şişlik

Babasilin mualicesi

Simptomların yüngül olduğu 1 və 2-ci mərhələli xəstələrdə xüsusillə qəbizliyin sağalmasında və nəcis sonrası ağrıların azaldılmasında hemoroid dərmanları istifadə edilir. Oral yolla alınan həblərlə yanaşı ağrılı nahiyəyə tətbiq olunacaq pomat və hemoroid şam növləri də təsirl olur. Xüsusilə əlamətlərin özlüyündən keçmədiyi xəstələrdə hemoroid kremlər müalicədə əhəmiyyətli vasitədir.

Babasil əməliyyatı

1 və 2 mərhələ hemoroidlərdə adətən hemoroid əməliyyatına üstünlük verilmir. 3 və 4-cü mərhələlər şiddətli babasil hesab edildiyi üçün əməliyyat seçilir.

Açır hemoroidektomi və qapalı emoroidektomi bənzər üsullarla edilir. Açıq əməliyyatda bisturi ilə genişləyən toxuma çıxarılır və bu nahiyə açıq buraxılarkən qapalı əməliyyatda bu nahiyə sağlam toxumalarla bağlanılır. Bu əməliyyatlar ümumi anesteziya altında edilir.

Xəstələr adətən 1 gün istirahətdən sonra gündəlik həyatlarına geri dönürlər.

Hemoroid əməliyyatından öncə

Babasil əməliyyatından öncə Aspirin və Plavix kimi qan durulaşdırıcı dərmanların ən az bir həftə öncədən kəsilməsi gərəkir. Əməliyyatdan bir gecə öncə isə su və qida istifadəsi edilmir. Bununla birlikdə əksər babasil əməliyyatdan öncə xəsətələrə bağırsaqların boşaldılmasını təmin edən müshil effektli dərmanlar verilir ya da lavman tətbiq edilir.

Hemoroid əməliyyatından sonra
Babasil əməliyyatı, HemoroidHemoroid əməliyyatından sonra sağalma müddəti əməliyyat texnikasına görə dəyişiklik göstərməkdədir.

Lazerli əməliyyatlarda açıq yara tapılmadığı üçün xəstələr 1 gün istirahətin ardından xəstəxanadan çıxarkən açıq və qapalı hemoroidektomiya əməliyyatlarından sonra yaralı nahiyənin sağalması daha uzun davam edir.

Əməliyyatlardan sonra əlamətlərin təkrarlanmaması üçündürsə hemoroid əməliyyatdan sonra qidalanma formasına və gigiyena qaydalarına diqqət etməlidir. Uzman həkin tövsiyələrinə görə ilk bir neçə gün həzmi asan olan qidalar istifadə edilməlidir. Bu müddətin ardından isə lif miqdarı yüksək qidalar alına bilir.

Babasil əməliyyatı üçün hansı həkimə müraciət edilməlidir?

Bunun üçün ümumi cərraha müraciət etmək lazımdır.

Babasil əməliyyatı nə qədər davam edir?

15 ilə 30 dəqiqə davam edir.

Babasilin müalicəsində istifadə edilən texnikalardan biri lazer əməliyyatıdır.

Bəs lazer əməliyyatı digər üsullardan necə fərqlənir?

Xəstəxanada qalmağa ehtiyac yoxdur. Əməliyyatdan 1 saatdan sonra evə buraxılır.

Ümumi anesteziya tələb etmir.

Babasilin bütün formalarında bu texnikadan istifadə edilə bilər.

Lazer əməliyyatının üstünlükləri:

Əməliyyat müddəti qısa olur

Qanaxma riski çox aşağıdır

Tikiş qoyulmur

Çapıq izi olmur

Reabilitasiyaya ehtiyac qalmır

Əməliyyatdan sonra məhdudiyyət az qoyulur

Əmək fəaliyyətinə maneə yaratmır.

Babasilin müalicəsində lazer əməliyyatdan öncə nə edilməlidir?

Pəhrizə diqqət edilməlidir. Süd məhsulları, sıyıqlar, suda bişirilmiş qidalar və kifayət qədər maye qəbul edilməlidir. Əməliyyatdan öncə müəyyən analizlər yoxlanılmalıdır.

Bunlar hansılardır?

EKQ,

Sidik analizi

Qan analizi

Flüoroqrafiya

Həmçinin USM, Tomoqrafiyaya ehtiyac görülə bilərsə tələb oluna bilər.

Lazer babasil əməliyyatı

Bu zaman xəstə tibbi çarpayıda diz-dirsək pozisiyasında dayanır.

Yerli keyitmə ilə edilir. İnyeksiyadan əvvəl anal nahiyəyə lidokain kremi çəkilir. Pasiyent istəyərsə venadaxili narkozdan da istifadə edilə bilər.

Lazer əməliyyatının mənfi tərəfləri:

İstifadə edilən texnikasına görə maddiyyat daha çox tələb edir. İlk bir neçə həftə ərzində uyuşmalıq hiss edilə bilər.

Babasil əməliyyatından sonra:

Prosedurdan sonra 30-40 dəqiqə ərzində yataqda uzanmalısınız. Daha sonra evə buraxılır. Məhdudiyyətlər qoyulmadığı üçün gündəlik həyata tez qayıdılır. İlk bir həftə ərzində ağırlıq tövsiyə edilmir. Sağalmanı tezləşdirmək üçün bəzi kremlərdən istifadə edilməlidir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 01 sentyabr 2024

Oxşar xəbərlər

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Saç əkimi

Saç tökülməsi bir çox insanın ortaq problemidir. Saç tökülməsinin bir çox səbəbi ola bilər. xəbər verir ki, buna həyat tərzindən tutmuş, qidalanmağa qədər bir sıra faktor təsir edə bilər. Ən çox geniş yayılmış problemlərdə

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Aort əməliyyatları nədir?

Aorta əməliyyatları, ürəkdən çıxan və qanı bütün vücuda daşımağa yarayan aorta damarının narahatlıqları və funksiya pozğunluqlarında edilən əməliyyatlardır. Bu əməliyyatlar, ən çox olaraq aorta damarının anevrizmaları vəziyyətind

Öd daşı əməliyyatı qiyməti

Yağların həzmində aktiv rol oynayan və hansısa narahatçılıqda müxtəlif həzm sistemi problemlərinə səbəb olan öd kisəsi qaraciyərə yapışqan bir orqandır. xəbər verir ki, bəzi səbəblərə bağlı olaraq inkişaf edən və günümüzd

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Varikoz əməliyyatı qiyməti

Göyərmiş, qıvrılan damarlar bir çox insanın qorxulu röyasıdır. Zərərlidir? Hansı müalicə gərəklidir? Və s. tipli suallar çox verilir. Varikoz nə üçün yaranır?. Çəhrayı, şişkin, qıvrım damarlar varikoz damarlar adlanır. Bədəni