Varikoz əməliyyatı qiyməti

Varikoz əməliyyatı qiymətiGöyərmiş, qıvrılan damarlar bir çox insanın qorxulu röyasıdır.

Zərərlidir? Hansı müalicə gərəklidir? Və s. tipli suallar çox verilir.

Varikoz nə üçün yaranır?

Çəhrayı, şişkin, qıvrım damarlar varikoz damarlar adlanır. Bədənin bir çox yerlərində yaransa da ayaqlarda daha çox görülür.

Varikoz damarlarinin elametleri

Bundan şikayət edən pasiyentlərdə ayaq nahiyəsində dolğunluq, şişlik, ağrı hissi mövcud olur. Həmçinin gecələr sancı kimi ağrılar yaranır. Bununla yanaşı rəng dəyişkənliyi, qaşınma müşahidə edilə bilər.

Varikoz üçün risk faktorları hansılardır?

Genetika

Yaş

Cins

Damar problemləri

Mənfi vərdişlər

Hormonal dəyişikliklər və s.

Varikoz damarlarının müalicəsi necə aparılır?

Köpüklə müalicə

Cərrahi müdaxilə

Lazer müdaxilə

Radiotezlik ablasiyası.

Daha çox lazer əməliyyat tətbiq edilir. Belə ki, varikoz damarlarını bağlamaq məqsədilə edilən invaziv prosedurdur. Müalicələrə cavab verilməyən zaman isə əməliyyat seçim olur.
Cərrahi seçimlərə venektomiya (varikoz damarlarının çıxarılması) və flebektomiya (kiçik varikoz damarlarının çıxarılması) daxil ola bilər.

Lazer ilə varikoz əməliyyatı
Varikoz əməliyyatı qiymətiƏməliyyatın üstünlükləri:

Narkoz verilmir. Əməliyyat yerli nesteziya ilə olur.

Kəsik olmur.

Dəridə iz qalmır.

Sağalma müddəti qısa olur.

Əməliyyatdan bir saat sonra normal həyat tərzinə qayıtmaq olar.

Varikoz damar əməliyyatlarında istifadə edilir:

Endovenoz lazer ablasiya – Kosmetik effekt verməyə kömək edir. Kəsiksiz, tikişsiz icra edilir.

Lazer ablasiya iki mərhələli əməliyyatdır.

Xüsusi angiokateter ilə varikoz damar punksiya olunaraq kateter (FİBER) damar daxilinə yeridilir və damar termiki təsirə məruz qalaraq yandırılır. 12 aya qədər həmin damarlar sovrularaq itir.

Daha sonra üzdə görünən damarlar 1-2 mm lik dəlikdən xüsusi alətin köməyi ilə ləğv edilir.

Varikozun radiofrekans ablasiya ilə ləğvi ən son effektiv metoddur.

Radiofrekans ablasiya üsulunun faydaları

Təhlükəsizdir.

Kosmetik effektliyi yüksəkdir.

Reabilitasiya tələb edilmir.

Yerli keyləşmə ilə aparılır.

Açıq formada edilən varikoz əməliyyatı
Varikoz əməliyyatı qiyməti

Bunun üçün göstəriş olmalıdır:

venoz damarın diametrinin 2 sm-dən böyük olması

venoz damarın qıvrımşəkilli olması.

Ayaqlarda iri ölçülü damarlar olur ki, bu da exoskleroterapiya ilə müalicə edilir. Prosedur xüsusi sklerozlaşdırıcı preparatın venoz damar daxilinə yeridilərək damar divarının "yapışmasına" əsaslanır. Bu, USM nəzarəti altında edilir.

Qeyd edək ki, bunun üçün professional həkimə müraciət edilməlidir.

Varikoz əməliyyatının qiyməti

Bu, damarların vəziyyətinə və istifadə ediləcək texnikaya görə dəyişir. Belə ki, Endovenoz lazer ablasiya əməliyyatı üçün ortalama qiymət 1000-1800, Radiofrekans ablasiya əməliyyat isə 1700-3100 AZN təşkil edir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 31 avqust 2024

Oxşar xəbərlər

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Aort əməliyyatları nədir?

Aorta əməliyyatları, ürəkdən çıxan və qanı bütün vücuda daşımağa yarayan aorta damarının narahatlıqları və funksiya pozğunluqlarında edilən əməliyyatlardır. Bu əməliyyatlar, ən çox olaraq aorta damarının anevrizmaları vəziyyətind

Çənə əməliyyatı

Çənə nahiyəsinin qidalanma, nitq, tənəffüs kimi çox vacib funksiyaları vardır. xəbər verir ki, çənədə deformasiyaya yol açan çox sayda xəstəlik və sindrom vardır. Çənə pozuntuları hər zaman üst və alt çənə, üz və baş il

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Burun əməliyyatı Rinoplastika

Estetik əməliyyatlar arasında ən çox seçilən burun estetikası, üzə uyğun, şəxsin özü və ətrafı tərəfindən bəyənilən gözəl bir burun əldə edilməsi üçün gerçəkləşdirilir. xəbər verir ki, burun estetikası olmadan öncə şəxsi

Saç əkimi

Saç tökülməsi bir çox insanın ortaq problemidir. Saç tökülməsinin bir çox səbəbi ola bilər. xəbər verir ki, buna həyat tərzindən tutmuş, qidalanmağa qədər bir sıra faktor təsir edə bilər. Ən çox geniş yayılmış problemlərdə

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Aşağı göz qapağı əməliyyatı, Blefaroplastika nədir?

Göz qapağı düşüklüyü nədir?. Bir insana qarşıdan baxıldığında göz bəbəyi üstdən 1-2 mm qapaqla örtülüdür. xəbər verir ki, əgər bu düşüklük artıqdırsa, kirpikli kənar göz bəbəyini 4-5 mm örtürsə, hətta ortadakı görmə əksin

Flaak əməliyyatı, göz rəngi dəyişdirmə

Keratopigmentasiya nədir?. xəbər verir ki, estetik və ya terapötik məqsədlərlə kornea təbəqələri arasına piqment verilməsi yəni bir növ tato prosedurudur. Göz rəngi hansı məqsədlə dəyişdirilir?. Göz rəngini dəyişdirmə prosedur