Saç əkimi

Saç əkimiSaç tökülməsi bir çox insanın ortaq problemidir.

Saç tökülməsinin bir çox səbəbi ola bilər.

Doktorinfo.az xəbər verir ki, buna həyat tərzindən tutmuş, qidalanmağa qədər bir sıra faktor təsir edə bilər. Ən çox geniş yayılmış problemlərdən biri vitamin əksikliyi, genetika, dəmir azlığıdır.

Gün ərzində 100-ə yaxın saç telinin düşməsi normal qəbul edilir. Ancaq hər gün daha çox tökülərsə bunun səbəbi araşdırılmalıdır. Saç telləri hər 5-6 ildən bir özlüyündən tökülür və bunun əvəzində daha sağlam saçlar çıxır.

Saç tökülməsinin səbəbləri qadın və kişilərə görə fərqlənir.

Qadınlarda görülən saç tökülmə səbəbləri:

Hormonal pozğunluq

Yanlış qidalanma

Vitaminsizlik

Stress, əsəb

Qanazlığı
Saç əkimiTiroid problemləri

Keçirilən ağır infeksiya

İstifadə edilən yanlış kosmetika məhsulları

Saç əkimi proseduruna daha çox kişilər müraciət edirlər.

Saç əkimi proseduru nədir?

Saç əkimi, vücudun hansısa bir nahiyəsində mövcud olan saç köklərinin, açıqlıq və seyrəklik yaranan yerlərə yeridilməsi ilə həyata keçirirlər.
Bu peşəkar həkim tərəfindən və steril şəraitdə həyata keçirilir. Lokal anesteziya edilməsindən sonra tək-tək tüklər alınıb ehtiyac duyulan yerlərə əkilməsi ilə müalicə edilir.
Saç əkimi prosedurunun ağrılı olub-olmaması ən çox verilən suallar altındadır.

Saç tökülməsinin səbəbi yaxşı araşdırılmalıdır. Saç tökülməsi problemi genetik səbəblərdən qaynaqlanırsa saç əkilməsinə üstünlük verilməlidir.

Qeyd edək ki, prosedur ağrılı deyil və 5-6 saat davam edir. Tətbiq olunan texnikanın doğru olması, yeni əkilən saçların saç dərisinə uyğunlaşması və sağlam formada böyüməsi cəhətdən son dərəcə əhəmiyyətlidir.

Nəzərə çatdıraq ki, saç əkimindən bir neçə həftə sonra saçlar tökülə bilər, buna baxmayaraq saç kökləri yerində qalacaqdır.

Saç əkimində müxtəlif prosedurlardan istifadə edilir:

FUE texnikası
FUT texnikası

Saç transplantasiyası sahəsində isə:

DHI texnikası
Safir FUE üsulu
Saç əkimiSaç əkimi prosedurunda nələrə diqqət edilməlidir?

Lazımi testlər aparıldıqdan və əməliyyat üçün heç bir maneə olmadığına əmin olduqdan sonra planlaşdırılacaq sahə, istifadə ediləcək saç əkilməsi texnikası, tədqiq ediləcək transplantların sayı və buna bənzər mərhələlər barədə ətraflı məlumatlar verilir.

Mənfi vərdişlərdən uzaq durulmalıdır. Bura spirtli içki, siqaret kimi mənfi vərdişlər daxildir.

Əməliyyatdan öncə uzun müddət istirahət gərəklidir.

Saça istifadə edilə kosmetik vasitələrdən imtina edilməlidir.

Saç əkimi əməliyyatından sonra ağır fiziki hərəkətdən uzaq durulmalıdır.

Bir müddət saçı güclü güləkdən qorumalı, yatan zaman da həmin nahiyədən ehtiyyat edilməlidir.

Əməliyyatdan sonra həmin nahiyədə müəyyən şişkinliklər, qızarıqlıqlar, ağrılar yaşana bilər. Bu zaman ağrıkəsici dərmanlar qəbul edilə bilər.

Bir müddət boya kimi kimyəvi maddələrdən uzaq durulmalı, sauna kimi yerlərdən qaçınılmalıdır. Günəş şüalarının zərərli şüalarından da qorunmaq əsas şərtdir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 28 avqust 2024

Oxşar xəbərlər

Qapalı ürək əməliyyatı

Ürək əməliyyatı qapalı və açıq olaraq iki formada edilir. Digər üsullarla müqayisədə qapalı ürək əməliyyatı kiçik kəsiklərlə edilir. Qapalı ürək əməliyyatında məqsəd sinə nahiyəsini açmaqdır. Daha sonra ürəyi görmək mümkü

Liposaksiya Bədən şəkilləndirmə əməliyyatı

Sürətli kökəlib-arıqlamaq, doğuşdan qalan dəri sallanmaları bədən şəkilləndirməni vacib hala gətirə bilər. Bədən şəkilləndirmə əməliyyatı zamanı bir neçə prosedurlar eyni zamanda edilə bilər. Vücud şəkilləndirmə zamanı hans

Burun əməliyyatı Rinoplastika

Estetik əməliyyatlar arasında ən çox seçilən burun estetikası, üzə uyğun, şəxsin özü və ətrafı tərəfindən bəyənilən gözəl bir burun əldə edilməsi üçün gerçəkləşdirilir. xəbər verir ki, burun estetikası olmadan öncə şəxsi

Yırtıq əməliyyatları

Yırtıq vücudun bir çox fərqli nahiyəsində ortaya çıxa biləcək narahatlıqdır. Bu səbəblə yırtıq əməliyyatı nədir sualına cavab verə bilmək üçün ilk olaraq yırtıq növlərini bilmək gərəklidir. xəbər verir ki, insan vücudunda

Burun əməliyyatı kimlərə olmaz?

Rinoplastika, burunun funksiyasını bərpa edən, həmçinin düzgün formanın əldə edilə biləcəyi əməliyyatdır. Bu, sadəcə estetik mahiyyət kəsb etmir. Rinoplastika barədə pasiyentləri bir çox suallar düşündürür. Rinoplastika ki

Aort əməliyyatları nədir?

Aorta əməliyyatları, ürəkdən çıxan və qanı bütün vücuda daşımağa yarayan aorta damarının narahatlıqları və funksiya pozğunluqlarında edilən əməliyyatlardır. Bu əməliyyatlar, ən çox olaraq aorta damarının anevrizmaları vəziyyətind

Mədə kiçiltmə

Mədə kiçiltmə, piylənmədən əziyyət çəkən insanların çox müraciət etdiyi əməliyyatdır. xəbər verir ki, mədə, əməliyyat sayəsində boru formasına salınır. Köklük düzgün pəhriz və qidalanma ilə nəzarət altına alına bilir. Anca

Bud gərmə əməliyyatı

Bud gərmə əməliyyatı ən çox istifadə edillən prosedurlardan hesab edilir. Bu əməliyyat, sallanmış dəridən azad olmağa, daha sıx, elastik bədən quruluşuna sahib olmağa imkan yaradır. Sallanmış dəri bir çox qadınlarda problem

Buxaq əməliyyatı

Buxaq proseduru kosmetik əməliyyatlar içərisində çox müraciət edilənlərdən biridir. Bəzən genetik faktorlar, bəzən də çəkinin artma və azalma səbəbiylə əlaqəli olaraq buxaq nahiyəsində piylənmə meydana gəlir. Yaş artdıqc