Flaak əməliyyatı, göz rəngi dəyişdirmə

Flaak əməliyyatı, göz rəngi dəyişdirməKeratopigmentasiya nədir?

Emeliyyati.az xəbər verir ki, estetik və ya terapötik məqsədlərlə kornea təbəqələri arasına piqment verilməsi yəni bir növ tato prosedurudur.

Göz rəngi hansı məqsədlə dəyişdirilir?

Göz rəngini dəyişdirmə proseduru estetik məqsədlidir və tibbi məcburiyyətlik deyildir. Şəxslərin istəyinə bağlı olaraq edilir.

Göz rəngini ən bəsit olaraq necə dəyişdirmək olar?

Göz rəngi, iris adı verilən toxumadakı piqmentlərin rənginə bağlı olaraq genetik olaraq müəyyənləşir. İrisin rəngini, piqmentlərin lazerlə dağıdılması yoluyla dəyişdirmək mümkün ola bilər, ancaq, bu üsul istənilən nəticələri vermədiyi üçün üstünlük verilmir. Göz rəngini dəyişdirmək üçün ən bəsit üsul rəngli kontakt linzalardan istifadə edilir. Ancaq uzun müddət rəngli kontakt linza istifadə edənlərdə intolerans inkişaf edə bilər. Göz rəngini qalıcı olaraq dəyişdirmək istəyən şəxslərin əksəriyyəti rəngli kontakt linza istifadəçisidir və ətrafları onları bu göz rəngiylə tanımaqdadır. Bu səbəbdən rəngli kontakt linzaları istifadə edilmədikdə qalıcı göz rəngi əməliyyatı üçün müraciət edilir. Qalıcı göz rəngi, lazerlə korneada açılan kanallar içinə arzu edilən rəngdə piqment köçürülərək dəyişdirilir. Bu prosedurda irisin rəngi dəyişdirilməz.

Göz rəngi necə dəyişdirilə bilər?
Flaak əməliyyatı, göz rəngi dəyişdirməRəngli kontakt linza istifadə edə bilərsiniz və ya FLAAK üsulu ilə qalıcı olaraq dəyişdirə bilərsiniz.

Əvvəlcə terapevtik məqsədlər üçün inkişaf etdirilən bu texnika, 2010-cu ildən estetik məqsədlər üçün də tətbiq edilməyə başlanılıb. FLAAK metodu, korneanın səthində mikrotünellər yaratmaq üçün Femtosecond lazer istifadə edilir və bu tünellərə biouyğunluqlu piqmentlər yerləşdirilir.

FLAAK texnikası, gözün içinə hər hansı bir müdaxilə etmədən yalnız korneanın səthində tətbiq edilir. Bu, göz daxili fəsadlarının qarşısını alır. Bura qanaxma, infeksiya, qlaukoma və s. daxildir.

Əməliyyatın müddəti

Cərrahi prosedur təxminən 30-45 dəqiqə davam edir. Damcı keyitməsindən istifadə edilir. Prosedur ağrısızdır. Rəng çeşidi isə müxtəlifdir.

Göz rəngi kimlərə tətbiq edilir?

Bu əməliyyat estetik prosedurdur və şəxsin göz rəngini dəyişdirməyi arzu etməsi gərəklidir. Şəxsin gözündə başqa bir xəstəlik olmaması gərəklidir. Uyğun olub-olmadığınıza həkim qərar verəcəkdir.

Flaak metodu zamanı rəngdə piqment köçürülür və rəng dəyişikliyi təmin edilir. İrisin rəngi dəyişməz.

Göz rəngi dəyişdirmə əməliyyatı risklidir?

Hər əməliyyat kimi bu əməliyyatın da riskləri vardır. Əməliyyata qərar vermədən öncə riskləri və ehtimallar haqqında danışılır.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Çənə əməliyyatı

Çənə nahiyəsinin qidalanma, nitq, tənəffüs kimi çox vacib funksiyaları vardır. xəbər verir ki, çənədə deformasiyaya yol açan çox sayda xəstəlik və sindrom vardır. Çənə pozuntuları hər zaman üst və alt çənə, üz və baş il

Açıq ürək əməliyyatı

Açıq ürək əməliyyatı, ürəklə bağlı yaranan bəzi xəstəliklərdə tətbiq olunan cərrahi prosedurdur. Hansı xəstəliklər zamanı açıq əməliyyat seçilir?. Ürək funksiyasında yaranan problemlər. Ürək çatışmazlığı, . Arteriya qırıqları,

Varikoz əməliyyatı qiyməti

Göyərmiş, qıvrılan damarlar bir çox insanın qorxulu röyasıdır. Zərərlidir? Hansı müalicə gərəklidir? Və s. tipli suallar çox verilir. Varikoz nə üçün yaranır?. Çəhrayı, şişkin, qıvrım damarlar varikoz damarlar adlanır. Bədəni

Mirvari suyu, katarakta əməliyyatı qiyməti

Gözdə katarakta, göz bəbəyinin arxasında mövcud olan təbii göz mərcəyinin zamanla şəffaflığını itirərək gözün bulanıq görməsinə səbəb olan bir göz xəstəliyidir. Adətən orta yaş və üzərində görülən bu vəziyyət, görmə keyfiyyətin

Öd daşı əməliyyatı qiyməti

Yağların həzmində aktiv rol oynayan və hansısa narahatçılıqda müxtəlif həzm sistemi problemlərinə səbəb olan öd kisəsi qaraciyərə yapışqan bir orqandır. xəbər verir ki, bəzi səbəblərə bağlı olaraq inkişaf edən və günümüzd

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Beyin şişi əməliyyatı

Beyin şişi anormal beyin hüceyrələrinin kütləsi və ya çoxluğudur. Beyin şişləri sürətlə və ya əksinə çox yavaş böyüyə bilərlər. Xoşxassəli və bədxassəli olurlar. Bəzilərinə cərrahi əməliyyat göstəriş olsa da, bir qism şü

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Ürək stent əməliyyatı

Stent nədir?. Stent, tıxanıqlığı gedərək qanın axışını yaxşılaşdırmaq üçün qan damarlarını ya da kanalları açıq tutan, zəif və daralmış arteriyalarda istifadə edilən kiçik metal borudur. xəbər verir ki, stent taxılmasında