Yırtıq əməliyyatları

Yırtıq əməliyyatlarıYırtıq vücudun bir çox fərqli nahiyəsində ortaya çıxa biləcək narahatlıqdır. Bu səbəblə yırtıq əməliyyatı nədir sualına cavab verə bilmək üçün ilk olaraq yırtıq növlərini bilmək gərəklidir.

Emeliyyati.az xəbər verir ki, insan vücudunda, orqanların yerində qalmasını təmin edən toxumalar və əzələlər vardır. Bu toxumaların ya da əzələlərin sürüşməsinə bağlı olaraq yırtıq yaranması başlayır. Yırtıq yaranmasından asılı olaraq əməliyyata ehtiyac ola bilər.

Müasir zamanda olduqca yayğın olaraq ortaya çıxan yeddi yırtıq növü vardır. Ən çox görülən yırtıq növləri arasında göbək, bel, boyun, qarın, qasıq, əməliyyat kəsiyi yırtığı yer alır. Yrtıq əməliyyatı növləri də şəxsdə hansı yırtığın ortaya çıxdığına görə müəyyənləşir.

Yırtıqlarda açıq əməliyyat nə deməkdir?

Açıq üsulda yırtıq nahiyəsində 5-6 sm bir kəsik atılır. Əməliyyatdan sonra xəstəxanada bir gecə qalınırsa da istəkli xəstələr eyni gün evə buraxıla bilər. Əməliyyatdan sonra erkən zamanda belə xəstənin oturub qalxması, yeriməsi qısaca gündəlik işlərini rahatlıqla etməsi mümkündür.
Yırtıq əməliyyatlarıTək tərəfli qasıq yırtığı əməliyyatından sonra ortalama 5-7 günlük istirahət sonrası işə dönülür.

Qapalı və ya açıq əməliyyat?

Laparoskopik qasıq yırtığı əməliyyatı açıq texnika ilə edilən bərpaya görə daha az ağrılı və gündəlik normal yaşayışa daha erkən dönüşü təmin etməsi səbəbiylə daha effektivdir. Xüsusilə hər iki qasıqda birlikdə olan yırtıqlar eyni əməliyyatla asanlıqla bərpa edilə bilər. Pasiyent normal həyat tərzinə 10 gün ərzində qovuşa bilər. Açıq qasıq əməliyyatlarında isə əməliyyat yerində şişlik və ağrı səbəbiylə gündəlik normal həyata geri dönmək 6-10 həftə ərzində baş verir.

Əməliyyatdan öncə necə hazırlanılmalıdır?

Əməliyyatınız öncəsi mümkünsə heç və ya ən azından əməliyyatınızdan bir neçə gün öncəsindən etibarən siqaretdən istifadə etməyin.

Əməliyyatınızdan bir gecə öncəsindən etibarən nəisə yemək tövsiyə edilmir.

Əməliyyatdan ən az 4 gün öncədən etibarən qan sulandırıcı aspirin və s. dərmanlardan istifadə etmək tövsiyə edilmir.

Əməliyyat əsnasında makiyaj və dırnaq boyası silinməlidir.

Yırtıqlarda bağlı əməliyyat (laparoskopik) necə edilir?

Laparoskopik (endoskopik) yırtıq əməliyyatında da zəif nöqtənin bərpası yenə sintetik yama ilə edilir. Əməliyyat üçün uzun kəsik yerinə kiçik dəliklərdən girilir.
Bir ədəd 1 sm deşikdən kiçik bir kamera salınıb əməliyyat ediləcək nahiyə görülür.
Yırtıq əməliyyatlarıKimlər laparoskopik yırtıq əməliyyatı olmalıdır?

Yrtıq diaqnozu edildiyi zaman əməliyyat edilib təmir edilməsi gərəkən bir xəstəlikdir. Açıq üsulla əməliyyat namizədi hər kəs, laparoskopik cərrahiyyə maneə bir vəziyyət olmadıqca eyni səbəblərlə qapalı əməliyyat üçün də uyğun namizədlərdir. Yırtıq səbəbiylə ağrı və narahatlıq hissi olan xəstələrin də əməliyyat edilməsi kliniki olaraq doğrudur.
Təkrar etmiş olan yırtıqlar, iki tərəfli yırtıqlar, normal gündəlik fəaliyyətlərinə erkən dönməsi gərəkli bütün xəstələr laparoskopik yırtıq əməliyyatları üçün uyğun xəstələrdir.Mütəxəssisin peşəkar və təcrübəli olması vacibdir.

Yırtıq əməliyyatından sonra əks təsirlər varmı?

Hər əməliyyat olduğu kimi yırtıq əməliyyatlarından sonra da bəzi əks təsirlər və problemlər görülə bilər.
Yırtıq əməliyyatlarıƏməliyyat sahəsində keçici qaşıntı, qızarıqlıq və ya iz yaranması görülə bilər və bunlar adətən bir neçə gün içində keçər. Ancaq əməliyyat iziniz böyük miqdarda keçməklə birlikdə görünür halda qalacaqdır.

Kişilərdə əməliyyat sonrasında testislərdə şişmə və yanma görülə bilər və bir neçə gündən sonra düzələcək.

Əməliyyat sonrasında 12-24 saat müddət ilə sidiyə getmədə çətinlik görülə bilər.

Anesteziya sonrası qısa müddət anesteziyaya bağlı halsızlıq, yorğunluq görülə bilər.

Çox nadir olaraq əməliyyat sahəsində infeksiya inkişafı görülə bilər.

Əməliyyat sonrasında əməliyyat sahəsində çox nadirən qanaxmalar görülə bilər və bunlar böyüyərsə hematom adı verilir.

Damar zədələnmələri və ya orqan yaralanmaları çox nadirən qarşılaşılan vəziyyətdir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Saç əkimi

Saç tökülməsi bir çox insanın ortaq problemidir. Saç tökülməsinin bir çox səbəbi ola bilər. xəbər verir ki, buna həyat tərzindən tutmuş, qidalanmağa qədər bir sıra faktor təsir edə bilər. Ən çox geniş yayılmış problemlərdə

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Aort əməliyyatları nədir?

Aorta əməliyyatları, ürəkdən çıxan və qanı bütün vücuda daşımağa yarayan aorta damarının narahatlıqları və funksiya pozğunluqlarında edilən əməliyyatlardır. Bu əməliyyatlar, ən çox olaraq aorta damarının anevrizmaları vəziyyətind

Öd daşı əməliyyatı qiyməti

Yağların həzmində aktiv rol oynayan və hansısa narahatçılıqda müxtəlif həzm sistemi problemlərinə səbəb olan öd kisəsi qaraciyərə yapışqan bir orqandır. xəbər verir ki, bəzi səbəblərə bağlı olaraq inkişaf edən və günümüzd

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Varikoz əməliyyatı qiyməti

Göyərmiş, qıvrılan damarlar bir çox insanın qorxulu röyasıdır. Zərərlidir? Hansı müalicə gərəklidir? Və s. tipli suallar çox verilir. Varikoz nə üçün yaranır?. Çəhrayı, şişkin, qıvrım damarlar varikoz damarlar adlanır. Bədəni