Abdominoplastika əməliyyatı

Abdominoplastika əməliyyatıAbdominoplastika, digər adı ilə qarın gərmə əməliyyatı son zamanlar daha çox qadınların müraciət etdiyi əməliyyat növüdür.
Sallanan dəri, köklük bir çox qadınların problemlərindən biridir. Daha cazibədar, gözəl görünmək üçün əməliyyatın bu növünə müraciət edirlər.

Abdominoplastika əməliyyatının üstünlükləri:

Dəri piy örtüyünü götürməyə imkan verir

Bədən konturları daha yaxşı tənzimlənir

Qadın və bel nahiyəsində artıq piylər götürülür

Dəri büzüşmələri aradan qaldırılır
Abdominoplastika əməliyyatıAbdominoplastikaya nə zaman müraciət etməlidirlər?

Hamiləlikdən sonra sallanan dərini aradan qaldırmaq üçün

Dəri daralmasının çəki dəyişikliyinə uyğunsuzluğu zamanı

Ön qarın divarında yırtıqların yaranması

Abdominoplastika üçün göstərişlər:

Qarında olan artıq piy qatları

Doğuşdan sonra yaranan dəri çatlaqları

Əməliyyatdan sonrakı yaralar

Hər əməliyyat kimi abdominoplastika üçün də əks göstərişlər vardır.

Bunlar hansılardır?

Qarın gərmə əməliyyatı uzun davam edir. Ürək, tənəffüs yolu xəstəlikləri, böyrək problemləri yaşayan xəstələr üçün əməliyyat riski mövcuddur.

Qeyd edək ki, kiçik də olsa, əgər risk varsa, heç bir cərrah və anestezioloq əməliyyat keçirilməsinə razılıq verməyəcəkdir. Buna isə ətraflı müayinədən sonra həkim qərar verəcəkdir.

Əməliyyat müddəti

Adətən 2-4 saat ərzində davam edir. Bu, çıxarılacaq toxumaların həcmi və qarın əzələlərinin vəziyyətindən asılıdır. Əməliyyat əsnasında aşağı qarın divarında kəsik atılır.
Qeyd edək ki, abdominoplastika əməliyyatını bir neçə kateqoriyaya bölmək olar:

Mini-abdominoplastika - yalnız kiçik bir dəri qatının yığıştırılması deməkdir.
Abdominoplastika əməliyyatıOrta ölçülü abdominoplastika.

Geniş abdominoplastika.

Belə ki, mini abdominoplastika zamanı çapıq 1-2 sm uzunluğunda olur. Tam formada keçirilən əməliyyat zamanı isə bu daha uzun olur. Abdominoplastika ümumi anesteziya altında aparılır. Əməliyyat zamanı sallanan və artıq dəri, piylər çıxarılır, dəri və dərialtı yağ toxuması əzələlərin qarın divarından ayrılır.

Abdominoplastika əməliyyatından sonra sağalma nə zaman olur?

Sağalma müddət, şəxsin yaşından, orqanizmindən asılıdır. Həmçinin qarın gərmə əməliyyatınızın növündən də asılı olaraq dəyişiklik göstərir.

Əməliyyatdan sonrakı dövrə də diqqət edilməlidir. Əməliyyatdan sonra korset taxmalı ola bilərsiniz, həmçinin ağrıkəsicilərdən istifadə etməyiniz mümkündür.
Trombozun yaranmasının qarşısını almaq üçün xüsusi corab geyinmək və mütəmadi olaraq ayaq məşqləri etmək lazımdır.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 28 avqust 2024

Oxşar xəbərlər

Varikosel əməliyyatı qiyməti

Varikosel, testisləri tutan geniş dəri kisəsi olan skroktumdakı pampiniform pleksus damarlarının normal formada böyüməsi və şişməsidir. Bu topdamarlar, oksigeni bitmiş çirkli qanı uzaqlaşdırır. Qan testislərdən xaricə çıxarıl

Mirvari suyu, katarakta əməliyyatı qiyməti

Gözdə katarakta, göz bəbəyinin arxasında mövcud olan təbii göz mərcəyinin zamanla şəffaflığını itirərək gözün bulanıq görməsinə səbəb olan bir göz xəstəliyidir. Adətən orta yaş və üzərində görülən bu vəziyyət, görmə keyfiyyətin

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Lipolitik mezoterapiya

Lipolitik mezoterapiya artıq çəkilərdən, ətraf nahiyədə yağ artıqlarından xilas olmaq üçün aktiv maddə və dərmanların inyeksiya halında müalicə ediləcək nahiyəyə verilmə prosedurudur. xəbər verir ki, bütün dünyada istifad

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Abdominoplastika əməliyyatı

Abdominoplastika, digər adı ilə qarın gərmə əməliyyatı son zamanlar daha çox qadınların müraciət etdiyi əməliyyat növüdür. Sallanan dəri, köklük bir çox qadınların problemlərindən biridir. Daha cazibədar, gözəl görünmək üçü

Yumurtalıq kistası

Yumurta kistası əməliyyatı yumurtalıqlarda yaranan kist çox böyükdürsə ya da çox sürətli böyüyürsə, kistanın içində qatı kütlə varsa, bədxassəli ya da xərçəng riski daşıyırsa, ilk menstruasiyadan öncə ya da son adətdən sonr