Burun əməliyyatı Rinoplastika

Burun əməliyyatı Rinoplastika
Estetik əməliyyatlar arasında ən çox seçilən burun estetikası, üzə uyğun, şəxsin özü və ətrafı tərəfindən bəyənilən gözəl bir burun əldə edilməsi üçün gerçəkləşdirilir.

Emeliyyati.az xəbər verir ki, burun estetikası olmadan öncə şəxsin öz istəklərini dəqiq öyrənib peşəkara müraciət etməsi vacibdir.

Tibbi adı rinoplastika olan burun estetikası, burunun ölçüsündən və ya formasından məmnun olmayan xəstələr üçün burunun formasını dəyişdirmək üçün tətbiq olunan populyar estetik cərrahi prosedurdu.

Burunun ən vacib vəzifəsi düzgün nəfəs almasıdır. Bu funksiyanın ən yaxşı formada qorunması və yaxşılaşdırılması əsas məqsəddir. Burun estetikası həm görünüş, həm də sağlamlıq baxımından müraciət edilən əməliyyatdır.

Rinoplastika, burun əməliyyatı kimə tətbiq edilir?
Burun əməliyyatı RinoplastikaNəfəs almanın problemli olanlar

Görünüş cəhətdən burnundan razı olmayanlar

Travmalar nəticəsində burun forması pozulanlar

Həmçinin istəyi olan hər kəsə sağlamlıq vəziyyəti yaxşı olduğu müddətcə tətbiq edilə bilər.

Burun əməliyyatı nə zaman edilməlidir?

Rinoplastika üçün adətən sümük inkişafının tamamlanmış olması gərəklidir. Adətən qızlarda 16-17 yaş ətrafında burun forması ya da skelet inkişafı dayanır.

Burun estetikasının mümkün olan riskləri nələrdir?

Rinoplastika əməliyyatından sonra burunda çöküntü, burun ucu düşməsi, burunda assimetriya, göyərmələrin uzun müddət keçməməsi kimi problemlər görülə bilər. Ancaq burun estetikasının bu mövzuda peşəkar cərrahlar tərəfindən sonra edilməsi vacibdir.

Burun estetikasının potansial riskləri nələrdir?

Əməliyyatdan sonra burunda çöküntü

Burun ucunun düşməsi

Burunda assimetriya

Göyərmələrin uzun müddət keçməməsi

Rinoplastika əməliyyatı necə edilir?

Açıq və qapalı formada keçirilir. Qapalı texnikalar zamanı kəsiklər daxildən edilir. Cərrah burun daxilində əməliyyat edir.

Açıq texnika zamanı isə burun ucunda 3-4 mm kəsik edilir və burun ucu açılır.

Rinoplastika əməliyyatının qiyməti

Azərbaycanda qiymətlər klinika və həkimlərə görə dəyişir. Ümumilikdə isə 2-7 min arası dəyişir. Qiymət avadanlıqlar, istifadə edilən materiallara görə fərqlənir.

Rinoplastikadan öncə:

Əməliyyat etdirməzdən iki həftə qabaq qəbul edilən dərmanlardan qaçınmaq gərəklidir. Çünki istifadə edilən dərmanlar qanaxmanı artıra bilər. Həmçinin bitki tərkibli dərmanlardan, təbii dərmanlardan və əlavələrdən qaçınılmalıdır.

Pis vərdişlər tərgidilməlidir. Yoxsa infeksiya qapma ehtimalı yüksələ bilər.
Burun əməliyyatı RinoplastikaƏməliyyatdan sonra ilk bir il ərzində şişliyin böyük hissəsi gedəcəkdir. Bu səbəbdən ikinci əməliyyata ehtiyac olarsa bunun üçün ən az 1 il gözləmək lazımdır.

Rinoplastika əməliyyatdan sonra:

Tətbiq edilən tampon bir həftə kimi burunda qalmalıdır.

Əməliyyatdan sonra şişkinlik və qanaxmanın qarşısını almaq üçün adətən uzanan zaman baş diklikdə olmalıdır. Əməliyyatdan sonra burunu zərbədən, günəş şüalarından qorumaq lazımdır. Həmçinin uzun müddət eynək taxmaq tövsiyə edilmir. Buruna doğru sərt hərəkət olmaz.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 27 avqust 2024

Oxşar xəbərlər

Yırtıq əməliyyatları

Yırtıq vücudun bir çox fərqli nahiyəsində ortaya çıxa biləcək narahatlıqdır. Bu səbəblə yırtıq əməliyyatı nədir sualına cavab verə bilmək üçün ilk olaraq yırtıq növlərini bilmək gərəklidir. xəbər verir ki, insan vücudunda

Yumurtalıq kistası

Yumurta kistası əməliyyatı yumurtalıqlarda yaranan kist çox böyükdürsə ya da çox sürətli böyüyürsə, kistanın içində qatı kütlə varsa, bədxassəli ya da xərçəng riski daşıyırsa, ilk menstruasiyadan öncə ya da son adətdən sonr

Flaak əməliyyatı, göz rəngi dəyişdirmə

Keratopigmentasiya nədir?. xəbər verir ki, estetik və ya terapötik məqsədlərlə kornea təbəqələri arasına piqment verilməsi yəni bir növ tato prosedurudur. Göz rəngi hansı məqsədlə dəyişdirilir?. Göz rəngini dəyişdirmə prosedur

Qulaq əməliyyatı, Otoplastka nədir?

Otoplastika estetik qulaq əməliyyatına verilən addır. Bu əməliyyat "şəlpə qulaq" adlanan qulaq qüsurunun, deformasiyaların aradan qaldırılması məqsədilə həyata keçirilir. xəbər verir ki, bu əməliyyatla ideal qula

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Abdominoplastika əməliyyatı

Abdominoplastika, digər adı ilə qarın gərmə əməliyyatı son zamanlar daha çox qadınların müraciət etdiyi əməliyyat növüdür. Sallanan dəri, köklük bir çox qadınların problemlərindən biridir. Daha cazibədar, gözəl görünmək üçü

Çənə əməliyyatı

Çənə nahiyəsinin qidalanma, nitq, tənəffüs kimi çox vacib funksiyaları vardır. xəbər verir ki, çənədə deformasiyaya yol açan çox sayda xəstəlik və sindrom vardır. Çənə pozuntuları hər zaman üst və alt çənə, üz və baş il

Mirvari suyu, katarakta əməliyyatı qiyməti

Gözdə katarakta, göz bəbəyinin arxasında mövcud olan təbii göz mərcəyinin zamanla şəffaflığını itirərək gözün bulanıq görməsinə səbəb olan bir göz xəstəliyidir. Adətən orta yaş və üzərində görülən bu vəziyyət, görmə keyfiyyətin

Buxaq əməliyyatı

Buxaq proseduru kosmetik əməliyyatlar içərisində çox müraciət edilənlərdən biridir. Bəzən genetik faktorlar, bəzən də çəkinin artma və azalma səbəbiylə əlaqəli olaraq buxaq nahiyəsində piylənmə meydana gəlir. Yaş artdıqc