Lazer göz əməliyyatı

Lazer göz əməliyyatıLazer göz əməliyyatları illər keçdikdə daha da müxtəlifliyini artıraraq göz pozğunluqlarının müalicəsində geniş istifadə edilir. Ancaq hər göz lazer üçün uyğun olmaya bilər.

Lazer əməliyyatının növləri

Göz sağlamlığı hamı üçün əhəmiyyət kəsb edir. Gözdəki problemlərdə bir çoxu eynək və ya linzalardan istifadə edir. Bəzi şəxslər lazer əməliyyatı ilə bu problemdən xilas olmaq istəyə bilər.

Excimer lazer miopiya, hipermetrop, astiqmatizm kimi göz xəstəliklərinin müalicəsində istifadə edilə lazer üsuludur. Lazer əməliyyatının lazeri korneanın tətbiq olduğu nahiyəyə görə, iki əsas forma yaradır. Səthi lazer və dərin lazer. Səthi lazerə misal olaraq PRK, LASEK və NO TOUCH lazer deyilə bilər, dərin lazerə isə LASİK misal göstərilə bilər.
Lazer göz əməliyyatıHansı vəziyyətlərdə, hansı lazer əməliyyatlar tətbiq edilir?

Gözdə korneanın qalınlığına görə tətbiq edilləcək əməliyyat dəyişir. Şəxsin korneasının qalınlığı 500 mikronun altında, göz növrəsi kiçikdirsə və şəxs kornea təbəqəsində iz qalmasın istəmirsə səthi lazer, yəni PRK və LASEK texnikaları tətbiq edilir.
Şəxsin kornea qalınlığı yetərlidirsə daha sürətli sağalmanı təmin edən LASİK əməliyyatı edilir. Lazer əməliyyatı olmaq istəyən şəxslər 18 yaşını tamamlamış olmalıdır. Eyni zamanda son 2 il ərzində göz nömrəsində irəliləməsi olmayan və nömrəsi miopdursa (-1) ilə (-10) arasında, astiqmatizm isə (-1) ilə (-6) arasında, hipermetrop isə (+1,5) ilə (+6) arasında olmalıdır.

Lazer əməliyyatı 20 dəqiqə davam edər

Lazer əməliyyatlarında prosedur son dərəcə sürətli olub, iki gözün əməliyyatı cəmi 15-20 dəqiqə davam edər.

Prosedur əsnasında uyuşdurma damla ilə edilir. Ağrı hiss edilmir. Əməliyyatdan sonra 3-4 saat ərzində gözlərdə yanma, batma, bulanıqlıq ola bilər.
Lazer göz əməliyyatıLazer əməliyyatından sonra:

Əməliyyat olan şəxslər ilk 2 gün ərzində duş qəbul etməzlər.

İlk 5 gün makiyaj etmək tövsiyə edilmir, ilk 15 gün gözlərini şiddətli ovalamamaları gərəkli olur.

15 gün ərzində dənizə, hovuza girmələri tövsiyə edilməz.

Bu əməliyyatlardan hansısa birini olan şəxslərə, ilk 1 ay ərzində günəşə çıxarkən eynək geyinilməsi tövsiyə edilmir.

Qeyd edək ki, önzə lazer əməliyyatı olan bir şəxsin gözü təkrar pozulursa, gözünün linza istifdəsinə uyğun olması vəziyyətində linzalardan istifadə edilə bilər. Eyni zamanda şəxsin göz quruluşu uyğundursa, 3 dəfəyə qədər təkrardan lazer əməliyyatı ola bilər.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 29 avqust 2024

Oxşar xəbərlər

Mədə kiçiltmə

Mədə kiçiltmə, piylənmədən əziyyət çəkən insanların çox müraciət etdiyi əməliyyatdır. xəbər verir ki, mədə, əməliyyat sayəsində boru formasına salınır. Köklük düzgün pəhriz və qidalanma ilə nəzarət altına alına bilir. Anca

Bel yırtığı əməliyyatı

Bel və boyun yırtığı problemi geniş yaylan xəstəliklər içərisində yer alır. Hər bel və boyun yırtıqlarında seçim əməliyyat olmur. Əgər yırtıq böyükdürsə və müalicələr hansısa effekt vermirsə seçim olaraq əməliyyat qalır

Lipolitik mezoterapiya

Lipolitik mezoterapiya artıq çəkilərdən, ətraf nahiyədə yağ artıqlarından xilas olmaq üçün aktiv maddə və dərmanların inyeksiya halında müalicə ediləcək nahiyəyə verilmə prosedurudur. xəbər verir ki, bütün dünyada istifad

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Yırtıq əməliyyatları

Yırtıq vücudun bir çox fərqli nahiyəsində ortaya çıxa biləcək narahatlıqdır. Bu səbəblə yırtıq əməliyyatı nədir sualına cavab verə bilmək üçün ilk olaraq yırtıq növlərini bilmək gərəklidir. xəbər verir ki, insan vücudunda

Burun əməliyyatı Rinoplastika

Estetik əməliyyatlar arasında ən çox seçilən burun estetikası, üzə uyğun, şəxsin özü və ətrafı tərəfindən bəyənilən gözəl bir burun əldə edilməsi üçün gerçəkləşdirilir. xəbər verir ki, burun estetikası olmadan öncə şəxsi

Sünnət əməliyyatı

Sünnət, cinsi orqanda artıq dərinin cərrahi üsulla kəsib çıxarılmasıdır. Bu prosedur, gigiyena, sağlamlıq cəhətdən olduqca vacibdir. Bu cərrahi əməliyyat tibbi avadanlıqlarla, steril şəraitdə edilməlidir. Sünnət hansı yaşd