Ürək stent əməliyyatı

Ürək stent əməliyyatıStent nədir?

Stent, tıxanıqlığı gedərək qanın axışını yaxşılaşdırmaq üçün qan damarlarını ya da kanalları açıq tutan, zəif və daralmış arteriyalarda istifadə edilən kiçik metal borudur.
Emeliyyati.az xəbər verir ki, stent taxılmasından adətən ürəyə oksigen cəhətdən zəngin qanı təmin edən daralmış koroner arteriyaları açmaq və müalicə etmək üçün istifadə edilir.

Stent nə üçün taxılır?

Damarların içərisində yağlı maddə yarandığı zaman qan dövranı zəifləyir və şəxsin döş qəfəsində ağrıya səbəb olur. Stent arteriyaları açıq tutaraq döş qəfəsi ağrısı riskinizi azaldır və infarkt krizinin qarşısını almaq üçün taxılır.

Stent fərqli nahiyələrdə də istifadə edilə bilər:

Öd kanalları ya da sidik yolunu daş kimi tıxayan maddələrin aparılması üçün

Bronxlarda yarana biləcək tıxanıqlığa qarşı həzm sisteminin qorunması

Orqanlarda bağlantılı olan anevrizma adıyla bilinən anormal genişləmələrə qarşı açıqlığın normal səviyyədə olması

Stent əməliyyatı necə aparılır?

Xəstə oyaq halda qalır. Bilək və ya bud arteriyasından kateterlə daxil olunaraq angioqrafiya edilir. Daha sonra xüsusi kateterlə damarların daralmış və bağlanan hissəsinə daxil olunur. Nəticədə həmin yerdə stent yerləşdirilir.

Stent yerləşmə müddəti 20-30 dəqiqə ərzindədir. Əməliyyatdan sonra 6 saat ərzində yataq rejimi tələb edilir.

Ürək stentinin də bir neçə növü mövcuddur.

Çılpaq metal stentlər

Dərmanlı stentlər

Stent əməliyyatından sonra bu qidalanma formalarından yararlana bilərsiniz:

Meyvə, tərəvəz, taxıl kimi zəngin qidalanma menyusu əsas şərtlərdən hesab edilir.

Yumurta, tofu, fındıq kimi qidalardan istifadə edin.

Kəpəkli və ya tam taxıllı çörək və ya kraker, qəhvəyi rəngli düyü, kəpəkli makaron, çovdar istifadəsi faydalıdır.

Az yağlı süd içə bilərsiniz

Şəkərli içkilərdən və qidalardan qaçının

Duz qəbulunu azaldın.

Ürək stent əməliyyatıNe zaman stent qoyulmalidir?

Stenokardiya zamanı

Yüksək riskli lezyonlar

Stabil koronar arteriya xəstəliyi

Qeyri-stabil stenokardiya

Stent restenozu və s.

Stent taxıldıqdan sonra xəstə neçə il yaşaya bilər?

Stent aparatının müəyyən bir ömrü yoxdur. Stent taxıldıqdan sonra şəxsin dərmanlarının doğru formada və zamanında istifadəsi vacib şərtdir. Stentin tıxanmasının qarşısı alındığı zaman xəstə uzun illər yaşaya bilər.

Bununla yanaşı xəstə mənfi vərdişlərdən uzaq durmalı, stress, həyəcan kimi narahatlıqları minimuma endirməlidir.

Stent əməliyyatının qiyməti

Bahalı əməliyyatlar sırasına daxildir. Stend sayısından asılı olaraq bir stent 2-3 min manatdan başlayır. İlk dəfədən bir neçəsi qoyulmalı olarsa məbləğ artır.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 27 avqust 2024

Oxşar xəbərlər

Varikosel əməliyyatı qiyməti

Varikosel, testisləri tutan geniş dəri kisəsi olan skroktumdakı pampiniform pleksus damarlarının normal formada böyüməsi və şişməsidir. Bu topdamarlar, oksigeni bitmiş çirkli qanı uzaqlaşdırır. Qan testislərdən xaricə çıxarıl

Mirvari suyu, katarakta əməliyyatı qiyməti

Gözdə katarakta, göz bəbəyinin arxasında mövcud olan təbii göz mərcəyinin zamanla şəffaflığını itirərək gözün bulanıq görməsinə səbəb olan bir göz xəstəliyidir. Adətən orta yaş və üzərində görülən bu vəziyyət, görmə keyfiyyətin

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Lipolitik mezoterapiya

Lipolitik mezoterapiya artıq çəkilərdən, ətraf nahiyədə yağ artıqlarından xilas olmaq üçün aktiv maddə və dərmanların inyeksiya halında müalicə ediləcək nahiyəyə verilmə prosedurudur. xəbər verir ki, bütün dünyada istifad

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Abdominoplastika əməliyyatı

Abdominoplastika, digər adı ilə qarın gərmə əməliyyatı son zamanlar daha çox qadınların müraciət etdiyi əməliyyat növüdür. Sallanan dəri, köklük bir çox qadınların problemlərindən biridir. Daha cazibədar, gözəl görünmək üçü

Yumurtalıq kistası

Yumurta kistası əməliyyatı yumurtalıqlarda yaranan kist çox böyükdürsə ya da çox sürətli böyüyürsə, kistanın içində qatı kütlə varsa, bədxassəli ya da xərçəng riski daşıyırsa, ilk menstruasiyadan öncə ya da son adətdən sonr