Qeysəriyyə əməliyyatı

Qeysəriyyə əməliyyatıQadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur.

Qeyseriyye nedir?

Emeliyyati.az xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir. Epidural zamanı beldən aşağı uyuşdurulur. Ancaq daha çox ümumi anesteziya edilir. Epidural zamanı ana oyaq qalır, ancaq ağrı hiss edilmir. Qarının aşağı hissəsində adətən təxminən 10-20 sm uzunluğunda kəsik edilir. Bu doğuş zamanı prosedur 40-50 dəqiqə davam edir.

Qeysəriyyə əməliyyatının növləri

Planlı və təcili qeysəriyyə əməliyyatı mövcuddur.

Qeysəriyyə öncədən planlaşdırıla bilər. Qeysəriyyə ilə doğuş zamanı anesteziya adətən epidural və ya spinal blok şəklində alınır.
Bu üsulla doğuş zamanı qarın boşluğunda və uşaqlıqda kəsiklər edilir. Daha sonra körpə əməliyyatla açılmış nahiyədən götürülür. Körpə çıxarıldıqdan sonra uşaqlıqdan qarın boşluğuna qədər olan nahiyə tikilir.

Təcili qeysəriyyə zamanı gələcək ana spinal və ya ümumi anesteziya ala bilər. Bəzən uşağın tərs gəldiyi və ya doğuş əsnasında çanaqla bağlı problem yarandığı zaman təcili qeysəriyyəyə müraciət edilir.

Hansı hallar qeysəriyyə üçün göstərişdir?

Dölün ana bətnindəki vəziyyəti təbii doğuş üçün uyğun deyilsə

Sağlamlıqla bağlı problemlər varsa

Müalicə olunmamış HİV kimi infeksiyalar

Böyrəklərdə yaranan problem

Sinir sistemi patologiyaları
Qeysəriyyə əməliyyatıƏkiz və daha çox uşağa Hamiləlik

Hamiləliyin gec dövrlərində baş verən genital herpes infeksiyası

Körpə oksigensiz qaldıqda

Çanaq problemi

Doğum kanalını bağlayan böyük bir mioma, çanaq sınığı və ya körpənin başının qeyri-adi dərəcədə böyük olmasına səbəb ola biləcək bir vəziyyət.

Qeysəriyyə əməliyyatının riskləri varmı?

Qadında qalan qalıcı ağrılar

Doğuşdan sonra yarana biləcək qanaxma. Bu zaman qan itkisi həddindən çox ola bilər.

Ağciyər emboliyası təhlükəli ola bilər.

Orqanizmin anesteziyaya qarşı allergik reaksiya göstərməsi

Qeysəriyyədən sonra ağrılar üçün ağrıkəsicilərdən istifadə etmək lazımdır. Əməliyyat ağırlaşmalarsız keçərsə, qadına ilk dəfə 6 saatdan tez olmayaraq durmağa icazə verilir. Ağır əşyalar götürməməyə diqqət etməlisiniz.

Keysəriyyə əməliyyatının üstünlükləri:

Travma yaşanılmır

Ağrısız olur

Müddət qısadır

Risk payı azdır.
Qeysəriyyə əməliyyatıQeysəriyyə əməliyyatının mənfi cəhətləri

Çapıq izi

Əməliyyatdan sonra ağrıların uzun çəkə bilməsi

Tikiş yerində ağrı

Hərəkətlərdə məhdudiyyətin olması.

Qeysəriyyə əməliyyatından sonra sağalma

Normal doğuşla müqayisədə qeysəriyyə yarası daha gec sağalır. Qeysəriyyədən sonra ilk bir neçə gündə qarın ağrısı hiss edilə bilər. Doğuşdan sonra baş verə biləcək ağrılar üçün həkim tərəfindən ağrıkəsicilər təyin oluna bilər. İlk günlər ağır əşyalar qaldırmağa icazə verilmir.

Qeysəriyyə əməliyyatından sonrakı müddət

Əməliyyat bitdikdən sonra qarın hissəsinin qatları tikilir. Bundan sonra yaraya qulluq edilməsi vacibdir.

Bəs qulluq zamanı nələrə diqqət etmək lazımdır?

Əməliyyat yarası təmiz saxlanılmalıdır.

Yara nahiyəsi yumşaq parça ilə təmizlənilməlidir.

Dəniz və ya hovuza daxil olmaq tövsiyə edilmir.

İlkin günlər hərəkətlərə diqqət etmək lazımdır. Sərt hərəkətlərdən qaçınmaq lazımdır.

Həkim müayinələrinə getmək əhəmiyyət kəsb edir.

Qeysəriyyədən sonra cinsi münasibət

İnfeksiya səbəbindən ilk 6 həftə cinsi münasibət tövsiyə edilmir.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 05 sentyabr 2024

Oxşar xəbərlər

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Buxaq əməliyyatı

Buxaq proseduru kosmetik əməliyyatlar içərisində çox müraciət edilənlərdən biridir. Bəzən genetik faktorlar, bəzən də çəkinin artma və azalma səbəbiylə əlaqəli olaraq buxaq nahiyəsində piylənmə meydana gəlir. Yaş artdıqc

Burun əməliyyatı kimlərə olmaz?

Rinoplastika, burunun funksiyasını bərpa edən, həmçinin düzgün formanın əldə edilə biləcəyi əməliyyatdır. Bu, sadəcə estetik mahiyyət kəsb etmir. Rinoplastika barədə pasiyentləri bir çox suallar düşündürür. Rinoplastika ki

Qulaq əməliyyatı, Otoplastka nədir?

Otoplastika estetik qulaq əməliyyatına verilən addır. Bu əməliyyat "şəlpə qulaq" adlanan qulaq qüsurunun, deformasiyaların aradan qaldırılması məqsədilə həyata keçirilir. xəbər verir ki, bu əməliyyatla ideal qula

Mədə kiçiltmə

Mədə kiçiltmə, piylənmədən əziyyət çəkən insanların çox müraciət etdiyi əməliyyatdır. xəbər verir ki, mədə, əməliyyat sayəsində boru formasına salınır. Köklük düzgün pəhriz və qidalanma ilə nəzarət altına alına bilir. Anca

Varikosel əməliyyatı qiyməti

Varikosel, testisləri tutan geniş dəri kisəsi olan skroktumdakı pampiniform pleksus damarlarının normal formada böyüməsi və şişməsidir. Bu topdamarlar, oksigeni bitmiş çirkli qanı uzaqlaşdırır. Qan testislərdən xaricə çıxarıl

Üz gərmə əməliyyatı

Üz gərmə əməliyyatı bir çox qadınların maraqlandığı mövzudur. xəbər verir ki, üz gərmə qocalma əlamətlərini tərsinə çevirmək üçün tətbiq edilən cərrahi prosedurdur. Yaşla birlikdə gələn dəridəki genişləmə və qırışları azaldara

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Aşağı göz qapağı əməliyyatı, Blefaroplastika nədir?

Göz qapağı düşüklüyü nədir?. Bir insana qarşıdan baxıldığında göz bəbəyi üstdən 1-2 mm qapaqla örtülüdür. xəbər verir ki, əgər bu düşüklük artıqdırsa, kirpikli kənar göz bəbəyini 4-5 mm örtürsə, hətta ortadakı görmə əksin

doktorinfo
doktorinfo