Öd daşı əməliyyatı qiyməti

Öd daşı əməliyyatı qiymətiYağların həzmində aktiv rol oynayan və hansısa narahatçılıqda müxtəlif həzm sistemi problemlərinə səbəb olan öd kisəsi qaraciyərə yapışqan bir orqandır.

Emeliyyati.az xəbər verir ki, bəzi səbəblərə bağlı olaraq inkişaf edən və günümüzdə tez-tez görülən öd kisəsi xəstəliyi olan öd daşları şişkinlik və həzmsizlik kimi yüngül əlamətlər ya da iltihablar və qarın ağrısı kimi daha şiddətli simptomlara səbəb ola bilir.

Öd kisəsi daşı nədir?

Qaraciyərin istehsal etdiyi öd içində müəyyən miqdarlarda birləşmələr tapılır. Bu birləşmələr infeksiyalar, qan xəstəlikləri kimi səbəblərə dəyişimə məruz qala bilir.

Ös kisəsi daşlarının elametleri:

Daşların öd kanalına düşdüyü, öd kisəsi yollarını tıxadığı və ödün çıxışını kəsdiyi vəziyyətlərdə isə bəzi öd kisəsi daşı əlamətləri ortaya çıxır:

Mədə bulantısı, qusma

Qarının orta üst hissəsində başlayaraq sağ kürək və çiyinə doğru irəliləyən ağrı

Həzmsizlik.

Qarında şişlik və s.

Öd daşı kimlərdə daha çox görülür?
Öd daşı əməliyyatı qiymətiÇəkili şəxslərdə

Qadınlarda

Xolesterin dərmanı istifadə edənlərdə

Öd daşı əməliyyatı

Nə zaman öd kisəsi əməliyyatına qərar verilir?

Öd kisəsində ortaya çıxan problem böyükdürsə, öd kisəsinin alınması müsbət həll yoludur. Bu əməliyyata kolesistektomiya deyilir. Ən əsas səbəbi öd daşlarıdır. İnsanlar adətən daş olduqda hiss etmirlər. Ancaq bəzən ödün incə bağırsaqdakı yerinə çatmasını təmin edən kanalda tamamilə ya da qismən tıxanıqlara yol açar. Bu vəziyyət öd axışına maneə olar və zədələnmə yaradar.

Öd kisəsi əməliyyatı növləri nələrdir?

Öd kisəsinin cərrahi olaraq çıxarılmasında seçilən 2 əsas üsul vardır. Bunlar laparoskopik kolesistektomiya və açıq əməliyyatdır.

Laparoskopik əməliyyatda cərrah, xəstənin qarnına bir neçə kiçik kəsik atılır və öd kisəsinə çatmasına və onu çıxarmağa kömək olan incə cərrahi alətlərdən istifadə edilir.

Açıq əməliyyatda isə daha böyük və bir kəsik atılır.

Laparoskopiya ən çox istifadə edilən üsuldur. Pasiyent daha tez sağalır. Çapıq izi qalmır ya da çox cüzi qalır. Hər iki əməliyyatda ümumi anesteziya edilir.

Öd kisəsi əməliyyatından sonra sağalma necə olur?

Kolesistektomiya əməliyyatı olduqca tez-tez edilən, uğuru yüksək olan əməliyyatdır.

Açıq əməliyyatdan sonra sağalma müddəti gec olur. Xəstənin çıxmasından öncə 3 ilə 5 gün arasında xəstəxanada yatmalıdır. Gündəlik həyata dönmə müddəti 6 ilə 8 həftə arasındadır.

Öd kisəsi əməliyyatının riskləri nələrdir?
Öd daşı əməliyyatı qiymətiÖd yolu yaralanmaları

Qanaxma

Öd daşı əməliyyatının müddəti

Öd kisəsi əməliyyatı ortalama 45-60 dəqiqə ərzində davam edir.

Öd daşından əziyyət çəkənlər nə yeməlidirlər?

Yağlı və ədviyyatlı məhsullar istifadə edilməməli, qızartmalı məhsullardan uzaq durulmalıdır.

Öd kisəsi əməliyyatının qiyməti

Qiymət, əməliyyatı icra edəcək həkimin peşəkarlığına, xəstəxana, istifadə edilən texnikaya görə dəyişir. Ortalama isə 500 manatdan başlayır.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 31 avqust 2024

Oxşar xəbərlər

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Saç əkimi

Saç tökülməsi bir çox insanın ortaq problemidir. Saç tökülməsinin bir çox səbəbi ola bilər. xəbər verir ki, buna həyat tərzindən tutmuş, qidalanmağa qədər bir sıra faktor təsir edə bilər. Ən çox geniş yayılmış problemlərdə

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Aort əməliyyatları nədir?

Aorta əməliyyatları, ürəkdən çıxan və qanı bütün vücuda daşımağa yarayan aorta damarının narahatlıqları və funksiya pozğunluqlarında edilən əməliyyatlardır. Bu əməliyyatlar, ən çox olaraq aorta damarının anevrizmaları vəziyyətind

Öd daşı əməliyyatı qiyməti

Yağların həzmində aktiv rol oynayan və hansısa narahatçılıqda müxtəlif həzm sistemi problemlərinə səbəb olan öd kisəsi qaraciyərə yapışqan bir orqandır. xəbər verir ki, bəzi səbəblərə bağlı olaraq inkişaf edən və günümüzd

Mioma əməliyyatı

Mioma, qadınların rəhmindəki düz əzələlərdə meydana gələn və selim adı verilən xərçəngsiz xoşxassəli şişdir. Mioma rəhm divarının əzələ və bağ toxumasında yaranan şişlərdir. Miomalarıın ölçüləri, insan gözüylə çətin görül

Sinə böyütmə

Sinə böyütmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlar içərisində yer alır. Bu əməliyyata adətən süd vəzisi çox kiçik və ya çox böyük olanlar müraciət edirlər. Süd vəzisini böyütmək istəyənlər daha həcmli və di

Varikoz əməliyyatı qiyməti

Göyərmiş, qıvrılan damarlar bir çox insanın qorxulu röyasıdır. Zərərlidir? Hansı müalicə gərəklidir? Və s. tipli suallar çox verilir. Varikoz nə üçün yaranır?. Çəhrayı, şişkin, qıvrım damarlar varikoz damarlar adlanır. Bədəni