Beyin şişi əməliyyatı

Beyin şişi əməliyyatıBeyin şişi anormal beyin hüceyrələrinin kütləsi və ya çoxluğudur. Beyin şişləri sürətlə və ya əksinə çox yavaş böyüyə bilərlər. Xoşxassəli və bədxassəli olurlar. Bəzilərinə cərrahi əməliyyat göstəriş olsa da, bir qism şüa terapiyası ilə kiçildilə bilər.

Beyin şişindən əziyyət çəkən xəstələr üçün əməliyyat ilkin və populyar müalicə forması hesab edilir.
Bir çox belə hallarda şişin götürülməsi tövsiyə edilir. Bu xoşxassəli olsa belə şəxsin sağlamlığı baxımından götürülməsi düzgün müalicə üsulu hesab edilir. Beyin şişi əməliyyatı neyrocərrahlar tərəfindən icra edilir.

Beyin şişi nə üçün yaranır?
Beyin şişi əməliyyatıBunun konkret səbəbi yoxdur. Ancaq müəyyən faktorların burada rol oynadığı qeyd edilir. Belə ki, genetika, kimyəvi maddələrə məruz qalma, keçirilən ağır qəza, stress və s. kimi səbəblər beyin şişini yarada bilər.

Metastatik beyin şişləri müxtəlif orqanların xərçəngləri hallarının 10-30%-ni təşkil edir. Kişilərdə ən çox rast gəlinən metastaz mənbəyi ağciyər xərçəngi, kolorektal xərçəng, böyrək xərçəngidirsə, qadınlarda bu, süd vəzisinin xərçəngi, ağciyər xərçəngi, kolorektal xərçəng və melanomadır.

Beyin şişinin diaqnostikası necə aparılır?

Nevroloji müayinə

Elektroensefaloqrafiya

Tomoqrafiya

Neyrooftalmoloji müayinə

EXO EQ və s.

Beyin şişi əlamətləri

Ürəkgetmə

Baş ağrısı

Baş gicəllənməsi

Nitq pozğunluğu

Qusma

Yaddaş pozğunluğu və s.

Beyin şişi əməliyyatı
Beyin şişi əməliyyatıUzun saatlar davam edən əməliyyatdır. Beyin şişi əməliyyatı 5 ilə 12 saat arasında ola bilir.
Xoşxassəli şişlərin erkən mərhələlərdə müalicəsi daha çox effektiv verir.

Beyində əməliyyat apararkən cərrah maksimal dəqiqliyə əməl etməlidir. Belə ki, əməliyyat zamanı artıq bir millimetr toxumanın zədələnməsi xəstəyə həyati vacib funksiyalarının pozulması ilə nəticələnə bilər. Məhz buna görə xərçəngin terminal mərhələlərində cərrahi müalicə səmərəsizdir.

Vaxtında və düzgün aparılmış diaqnostika xəstəliyin proqnozunu nikbin edir.

Əməliyyat zamanı ortaya çıxa biləcək toxuma zədələnmələrini azaltmaq üçün müasir metod hesab edilən stereostatik radiocərrahiyyədən istifadə edilir. Bu əməliyyatlar zamanı böyük miqdarda qamma və ya rentgen şüalarının yüksək dəqiqliklə şiş nahiyəsinə çatdırılması və onun məhv edilməsi həyata keçirilir. Bu vəziyyətdə sağlam toxumalar ya minimal olaraq zədələnir və ya toxunulmaz qalır.


EMELIYYATI.AZ
Əməliyyatlar       Tarix: 28 avqust 2024

Oxşar xəbərlər

Qapalı ürək əməliyyatı

Ürək əməliyyatı qapalı və açıq olaraq iki formada edilir. Digər üsullarla müqayisədə qapalı ürək əməliyyatı kiçik kəsiklərlə edilir. Qapalı ürək əməliyyatında məqsəd sinə nahiyəsini açmaqdır. Daha sonra ürəyi görmək mümkü

Abdominoplastika əməliyyatı

Abdominoplastika, digər adı ilə qarın gərmə əməliyyatı son zamanlar daha çox qadınların müraciət etdiyi əməliyyat növüdür. Sallanan dəri, köklük bir çox qadınların problemlərindən biridir. Daha cazibədar, gözəl görünmək üçü

Babasil əməliyyatı, Hemoroid

Xəstəliyin yayğın olaraq görülməsi səbəbiylə əksər insan "Hemoroid necə keçər?" formasında araşdırma edilir. xəbər verir ki, günümüzdə bu xəstəliyin müalicəsində bir çox fərqli üsul tətbiq edilir. Cərrahi əməliyyatlarl

Üz gərmə əməliyyatı

Üz gərmə əməliyyatı bir çox qadınların maraqlandığı mövzudur. xəbər verir ki, üz gərmə qocalma əlamətlərini tərsinə çevirmək üçün tətbiq edilən cərrahi prosedurdur. Yaşla birlikdə gələn dəridəki genişləmə və qırışları azaldara

Qeysəriyyə əməliyyatı

Qadınlarda doğuş vaginal və qeysəriyyə üsulu ilə həyata keçir. Vaginal doğuşun alınmadığı zamanda qeysəriyyə seçim olur. Qeyseriyye nedir?. xəbər verir ki, qeysəriyyə ümumi və epidural anesteziya altında həyata keçə bilir

Buxaq əməliyyatı

Buxaq proseduru kosmetik əməliyyatlar içərisində çox müraciət edilənlərdən biridir. Bəzən genetik faktorlar, bəzən də çəkinin artma və azalma səbəbiylə əlaqəli olaraq buxaq nahiyəsində piylənmə meydana gəlir. Yaş artdıqc

Varikoz əməliyyatı qiyməti

Göyərmiş, qıvrılan damarlar bir çox insanın qorxulu röyasıdır. Zərərlidir? Hansı müalicə gərəklidir? Və s. tipli suallar çox verilir. Varikoz nə üçün yaranır?. Çəhrayı, şişkin, qıvrım damarlar varikoz damarlar adlanır. Bədəni

Burun çəpər əyriliyi əməliyyatı

Burun çəpər əyriliyi kifayət qədər geniş yayılmış problemdir. xəbər verir ki, bir çox şəxs bir əməliyyatla həm burun çəpər problemini həll edir, həm də burun formasını dəyişir. Bəzi hallarda çəpər şəxsin rahat nəfəs almasın

Burun əməliyyatı Rinoplastika

Estetik əməliyyatlar arasında ən çox seçilən burun estetikası, üzə uyğun, şəxsin özü və ətrafı tərəfindən bəyənilən gözəl bir burun əldə edilməsi üçün gerçəkləşdirilir. xəbər verir ki, burun estetikası olmadan öncə şəxsi